TOP 10

“Qəbələ” Rusiya klubuna darmadağınla qalib gəldi

Futbol
Tarix: 2020-01-18 21:03

Bu gün “Qəbələ” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) Rusiya I Divizion təmsilçisi “Çayka” ilə qarşılaşıb.

 

“Titanik” meydançalarında baş tutan matç "Qəbələ"nin üstünlüyü şəraitində keçib. Azərbaycan təmsilçisi rəqibini böyük hesabla məğlub edib.



Xatırladaq ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.


 

Yoxlama matçı
18 yanvar

 "Qəbələ" – "Çayka" (Rusiya) - 3:0
QOL: İ.Juniç, 14. R.Muradov, 35. Ü.İsgəndərli, 51

"Qəbələ": 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 19. Rövlan Muradov,  21. Fernan Lopez,  74. Yusif Nəbiyev, 77. Merab Qiqauri

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB