TOP 10

"Səbail" yenə uduzdu - Essyen qol hesabını açsa da...

Futbol
Tarix: 2020-01-18 19:54

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi bu dəfə Donetsk “Olimpik”i ilə üz-üzə gəlib.
 

"Dənizçilər" Ukrayna Premyer Liqa təmsilçisində 9-cu pillədə gedən bu komandayla görüşə “Miracle Resort Hotel”in meydançasında qarşılaşmadan da məğlub ayrılıb. Essyen 1 ilə yaxındı çıxış etdiyi klubda qol hesabını qeyri-rəsmi oyunda açıb. 


Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” komandasına 0:1 hesabıyla uduzub. “Gəmiçilər” yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları ilə də qarşılaşacaq.

 

 

Yoxlama matçı

18 yanvar

18:00. "Səbail" - "Olimpik" (Donetsk, Ukrayna) - 1:3 

Qol: Maykl Essyen, 68

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB