TOP 10

Çempionatımızın bombardirinin çox qol vurması "Keşlə"nin yeni transferini motivasiya edir: "Amma heç kimi əzib keçmək niyyətində deyiləm"

Futbol
Tarix: 2020-01-18 12:57

"Keşlə" növbəti qış transferini dünən açıqladı, dünən də onu iş başında yoxladı. Bu, Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau"ya 1:4 hesabıyla uduzduğu sınaq matçında idi. Söhbət Anqola yığmasının üzdü də olan Aleksandr Kristovaodan gedir. 26 yaşlı hücumçu həmin görüşdən sonra Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- Qarşılaşma necə keçdi?
- İstərdim ki, ilk oyunu qolla başlayım. Bir epizodum oldu və onda da bəxtim gətirmədi. Daha yaxşı zərbə endirə bilərdim. İnanıram ki, zaman keçdikcə daha yaxşı olacaq. Sevinirəm ki, yoldaşlıq oyunu olsa belə ilk oyunda şans qazandım. 

 

- "Keşlə" haqqında, Azərbaycan haqqında məlumatın var idi?
- Bir il öncə "Sabah" məni dəvət etmişdi. Yayda da bir neçə gün "Keşlə"də baxışda olmuşdum. 

 

- Çempionatın hazırki bombardiri Frutosla əsas heyətə düşmək uğrunda rəqabətə hazırsan?
- Lorensonun yaxşı formada olması, çox qol vurması məni də motivasiya edir. Kimin əsas həyətdə çıxış etməsinə baş məşqçi qərar verəcək və kim yaxşı olsa o da heyətdə olacaq. Əsas odur ki, hər birimiz komanda üçün çalışırıq və bunu etməyə davam edəcəyik. 

 

- Premyer Liqadakı digər rəqibləri tanıyırsan?
- Azərbaycan futbolu haqda çox məlumatım yoxdu. Hazırda bütün fikrimi bu təlim-məşq toplanışına kökləmişəm. Azərbaycan gedəndən sonra əlavə məlumat öyrənəcəyəm. 

 

- Görünüşcə cüssəlisən. Rəqibləri üstələmək baxımından fiziki göstəricilərinə güvənəcəksən?
- Meydanda öz gücümü göstərməyə çalışacağam, amma heç kimi əzib keçmək niyyətində deyiləm. Zaman keçdikcə daha yaxşı futbol oynayıb özümü sübut etmək istəyirəm.

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB