TOP 10

Rıbka başqa klubun təklifini nəzərdən keçirməyə hazırdı: "Etiraf edim ki, otelimizdə Essyenlə yalnız pişiklər şəkil çəkdirməyib"

Futbol
Tarix: 2020-01-18 09:00

"Məni heyətinə dəvət etmək istəyən klub olarsa, bu təklifi nəzərdən keçirəcəm. Məni Azərbaycanda hər şey qane edir, ancaq ailəyə yaıxn olmaq istəyirsən. "Səbail"ə məni yaxşı qəbul etdiyinə görə minnətdarlığın bildirmək istəyirəm. Rəhbərlik və məşçqilər heyəti mənə böyük hörmətlə yanaşır". Sport24.az xəbər verir ki, bu fikirləri "Səbail"in ukraynalı legioneri Aleksandr Rıbka öz ölkəinin televiziyasına müsahibəsində söyləyib. 

 

32 yaşlı qapıçı ukraynalı həmkarlarımıza məşhur komanda yoldaşı Maykl Esssyen haqda da danışıb: "Mənə onun məvacibi məlum deyi. Fikrimcə, o, bura pul dalınca gəlməyib. Essyen futbolu sevir və hələ oynamaq istəyir. Əminəm ki, pul onu hər şeydən az maraqlandırır. Etiraf edim ki, bu oteldə onunla yalnız pişiklər şəkil çəkdirməyib. Əvvəlcə personal inanmırdı ki, bu, Essyendi, ancaq sonradan cəsarət taparaq ona avtoqraf almaq üçün yaxınlaşdılar. Maykl çox ünsiyyətcil, sakit, səviyyəli oğlandı. Onunla ünsiyyətdə və məşqlərdə diskomfort hiss olunmur. Hamıya tamamilə açıqdı".

 

Xatırladaq ki, "Səbail" yanvarın 12-dən başladığı Antalya təlim-məşq toplanışında "Mirakl" otelində məskunlaşıb. 

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB