TOP 10

Əfran İsmayılov Prosineçkidən cavab gözləyir: "O, mənə zəng edərək şərtlərimlə maraqlandı"

Futbol
Tarix: 2020-01-18 10:50

"Keşlə"nin futbolçusu Əfran İsmayılovun millimizdə rəhbərliyi altında çıxış etdiyi sabiq baş məşqçisi Robert Prosineçkiylə telefon söhbəti olub. Bu haqda Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Əfranın özü məlumat verib. 

 

Hazırda klubuyla Trükiyədə təlim-məşq toplanışında olan Əfran xorvatiyalı mütəxəssislə baş məşqçi postuna qayıtdığı "Kayserispor"a keçməsi variantıyla bağlı söhbətləşdiyini bildirib: "Prosineçki mənə zəng vurmuşdu. Komandasına keçid şərtlərimlə maraqlandı. Söhbət ümumilikdə hər iki tərəfi qane etdi. Ancaq təbii ki, xorvat mütəxəssis təkbaşına qərar verə bilməz. O, transfer, müqavilə məsələmi klub rəhbərliyi ilə danışmalı, bundan sonra yenidən telefon əlaqəsi olmalıdı. Bu zaman müsbət cavab verilərsə, gedişim reallaşacaq. Hələ ki bu zəng edilməyib".

 

Xatırladaq ki, Prosineçkinin ölkəmizdə ən çox bəyəndiyi futbolçulardan olan 32 yaşlı yarımmüdafiəçinin hazırkı klubuyla cari mövsümün sonunadək müqaviləsi var.

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB