TOP 10

"Keşlə" darmadağın oldu

Futbol
Tarix: 2020-01-17 18:48

Bu gün Antalya təlim-məşq toplanışında yoxlama matçı keçirən klubumuz "Keşlə" olub. Sport24.az xəbər verir ki, Tərlan Əhmədovun komandasının ilk sınağı Almaniyanın III Bundesliqa təmsilçisi “Zvikau” olub.

 

Qış fasiləsində 20 iştirakçı arasında 14-cü pillədə yollananan komandayla görüş "Keşlə" üçün uğursuz alınıb. Belə ki, hər hissədə 2 qol buraxan təmsilçimiz darmadağın olub. Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv növbəti sınaq matçını yanvarın 22-də Rusiyanın “Arsenal” klubuyla keçirəcək.

 

Xatırlada qki, Antalya toplanışında sonuncu yoxlama matçına çıxan təmsilçimiz qış çempionu "Qarabağ" olacaq. Qurban Qurbanovun komandası sabah Rumıniyanın "Akademika Klinçeni" klubuyla qarşılaşacaq.

 

 

Yoxlama matçı

17 yanvar

17:00. "Keşlə" - “Zvikau” (Almaniya) - 1:4 

Qol: L.Frutos, 31

"Keşlə": Əkbər Vəliyev, Slavik Alxasov (k), İlkin Qırtımov, Franko Flores, Miyuçko Boyoviç, Con Camara, Tural Bayramli, Sezar Meza Kolli, Əfran İsmayılov, Şohruh Qadoyev, Lorenzo Frutos
 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB