TOP 10

“Qranada”nın azərbaycanlı elçisi, "Milan"ın azarkeşi: "Türkiyə yığmasının AVRO-2020-də Bakıdakı matçlarını stadiondan izləmək istərdim"

Futbol
Tarix: 2020-01-18 15:00

İkinci ildi ki, klublarımızın qış fasiləsindəki çıxışlarını izləmək üçün Antalyanın Belek bolgəsindəki “Qranada” otelində məskunlaşıram. Ötən il olduğu kimi axşam saatlarını lobbidəki barların birində möhtəşəm Röyal ifasını dinləməkdən gözəl istirahət növü tapmıram. İfaçı da həmyerlimiz. Öz həzin parçaları ilə hamını Valeh edən fortepianoçunun repertuarında Azərbaycan parçalarına da rast gəlmək olar. Bu sənət əsərlərini xüsusi sevgiylə ifa edən həmvətənimizlə söhbətləşmək qərarına gəldim. Bir qədər futboldan kənar olsa da, milyonların sevimli idman növündən də danışdıq.

 

- Əvvəlcə tanış olaq...
- İlk öncə xoş gəlmisiniz! Kənan Allahverdiyev, 1991-ci ildə anadan olmuşam. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Konservatoriya məzunuyam. Oranı bitirdikdən dərhal sonra da Milli Konservatoriyada 4 il pianoçu olaraq işləmişəm. Sonra Antalyanın Bələk məhəlləsində yeni açılan bu oteldə işləmək dəvəti aldım və o vaxtdan burda çalışıram. 2017-ci ildən, yəni artıq 3-cü ilə keçir ki, burdayam.

 

- Necə oldu ki, bura gəldiniz? Dəvət necə oldu?
- Otel yeni açılmışdı. Otelin sahibi də maraqlı bir konseptdə musiqiçilər axtarırdı. Yəni bir neçə xarici dil bilən - ingilis, rus, türk dili. Bu da yalnız azərbaycanlılarda ola bilər( gülür). Universallıq bizdədir. O da təsadüfən təyyarədə azərbaycanlı bir xanımla tanış olub. Deyib ki, otelim var, musiqiçi axtarıram. Xanım da sosial şəbəkədə elan verib. Bizim skripka ifaçısı Leyla xanım da həmin elanı görüb. Rəhbərlik də çox dədiq insanlar olduqları üçün biletlərimizi dərhal aldılar ki, gəlin yerində tanış olun.

 

- Yəqin ki, kifayət qədər azərbaycanlı olur burda?
- Son bir ildə bəli. Otel üç ildir ki, fəaliyyət göstərir və keçən ilin yayından artıq azərbaycanlı müştərilər də gəlməyə başlayıb. Düzdür, tək-tük azərbaycanlı ailələr olurdu, amma yaydan artıq özümüzü Azərbaycandakı kimi hiss etməyə başlamışıq. Keçən il yanvar ayında da siz idiniz və sizdən sonra apreldə başqa azərbaycanlılar da gəldilər.

 

- Keçən il də Azərbaycan musiqiləri eşitmişdik, bi il də. Bu razılaşdırılır rəhbərliklə?
- Xeyr, hər şey bizim özümüzə həvalə olunub. Sadəcə, özümüz auraya baxırıq. İranlılar olur, belçikalılar, almanlar və.s. Buna uyğun olaraq da repertuar seçirik. Həm də ki, ötən il azərbaycanlı qonaqlarımız da çox olduğu üçün, artıq növbəti ilə onları qarşılamağa tam hazır olacağıq.

 

- Vətənə gedirsiz?
- Hər il. Əsasən də qışda.

 

- Ailəlisiniz?
- Hələ ki yox.

 

- Planlara daxildi?
- Qismət.

 

- Həmvətən?
- Könül istər ki, dili, dini, mədəniyyəti uyğun olsun.

 

- Burdan nə zamansa dönmək fikrin var?
- Sözün düzü, mənim Vətənim də, evim də, her şeyim fortepianodu.

 

- İdmanla, futbolla maraqlanırsan?
- Çox yüksək səviyyədə maraqlanıram. Bakıda daim stadiona gedirdim. Burda da xəbərlərdə izləyirəm. "Qarabağ"ın qapıçısı Asmiq Beqoviçin "Milan"a transferini eşitdim bugünlərdə.

 

- Hansı komandalara azarkeşlik edirsən?
- Azərbaycanda bütün komandalara azarkeşlik edirəm. Həmçinin də milli komandamıza. Avropa Liqasında çıxış edən bütün klublarımıza yüksək səviyyədə azarkeşlik edirəm. Ümumi isə "Milan" və İtaliya futbolunun azarkeşiyəm.

 

- Olmusan Milanda?
- Xeyr, olmamışam. Amma planlaşdırıram.

 

- Millimizi də izləyirsən?
- Hamısını. Milli, "Qarabağ", "Neftçi", "Qəbələ". Hətta məlumatım var ki, Gəncədə hazırda "Kəpəz"in stadionu tikilir. Olur ki, bəzən oyunlar burdakı çıxışımla üst-üstə düşür. O zaman telefonu açıram, canlı oyuna baxaraq proqqramı da ifa edirəm.

 

- Hansı oyuna elə baxmısan?
- Çox olub. Əsasən "Milan"ın oyunlarına baxmışam.

 

- Mayda Türkiyə - Azərbaycan milliləri qarşılaşacaqlar. İzləyəcəksən?
- Düzü bir az təyyarə qorxum var. Ona görə İstanbula getməyi dəqiq deyə bilmərəm. Bilirəm ki, 2020-ci il Avropa çempionatında Türkiyə yığması iki oyunu Bakıda keçirəcək,  o oyunları izləmək istərdim, amma təəssüf ki, həmin vaxt bizdə burda iş çox olur. Buna baxmayaraq, burda xüsusi zallar var ki, oyunlar nümayiş olunur və biz də burdan dəstək olacağıq.

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB