TOP 10

Antalyada ilk qələbə "Zirə"dən gəldi

Futbol
Tarix: 2020-01-16 18:17

Antalyadakı təlim-məşq toplanışında olan klublarımızdan bu gün yoxlama matçı keçirən "Zirə" olub. Sport24.az xəbər verir ki, Zaur Həşimovun komandası Rumıniyanın "Sepsi" klubuyla görüşüb. Yüksək liqa təmsilçisi olan bu rəqib çempionatında 14 komanda arasında 8-ci pillədə qərarlaşıb. 

 

Matçın vaxtında dəyişiklik edilib. Belə ki, qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı vaxtilə saat 17:00-da yox,16:30-da start götürüb. "Zirə" qanalı hücumçusu Riçard Qadzenin ilk 5 dəqiqədə dubluyla matçın taleyini həll edib. Bununla da Antalyada ilk qalib gələn təmsilçimiz Zaur Həşimovun yetirmələri olub. 

 

Xatırladaq ki, "Zirə" Antalyada ilk sınaq matçında Türkiyənin I liqa təmsilçisi "Ümraniyəspor"a böyük hesabla uduzub - 0:3. 


 

Yoxlama oyunu
16 yanvar

Zirə - Sepsi 2:0 

Qollar: R.Qadze, 1, 5

"Zirə": ​1. O. Sadıqlı, 7. C. Hüseynov (k), 10. A. Ramazanov, 27. A. Skarlatake, 43. R. Qadze, 48. Ş. Tiqrudja, 70. N. Süleymanov, 88. T. Mütəllimov, D. Volkov, Y. Krneta, A. Sesay.

​Ehtiyat oyunçular: ​28. B. Zoqoviç, 62. A. Seyidəhmədov, 6. A. Ampuero, 8. İ. Muradov, 17. R. Nqalande, 18. X. Rodrigez, 23. M. Kqasvane, 25. M. Bakraç, 64. K. Cəfərov, 77. C. Hüseynov, 99. R. Məhərrəmli, Ə. Şirinov.

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB