TOP 10

AFFA - Qriqorçuk məsələsində son nöqtə

Futbol
Tarix: 2020-01-16 13:08

Dünən Ukraynanın "Dynamomania" saytı Azərbaycan millisi üçün baş məşqçi axtaran AFFA-nın bir müddət əvvəl "Astana"nın baş məşqçisi postunu tərk edən Roman Qriqorçukla danışıq masasında oturduğu barədə məlumat yayıb. Spport24.az xəbər verir ki, bu məlumat həqiqətəuyğun deyil.

 

AFFA həqiqətən milli komanda üçün baş məşqçi axtarışındadı. Lakin 55 yaşlı ukraynalı mütəxəssisin adı bu vəzifəyə namizədlər siyahısında deyil. 

 

Xatırladaq ki, Qriqorçuk 4,5 il (2015-ci ilin yanvarından 2018-ci iyununadək) ölkəmizdə işləyərək "Qəbələ"nin baş məşqçisi olub (Football24.az). 
 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB