TOP 10

"Rəhbərlikdən maaşımı qaldırmağı tələb etməmişəm, əksinə, pulumun azaldılmasıyla razılaşmadığıma görə əvəzedicilərə göndərilmişəm"

Futbol
Tarix: 2020-01-15 17:00

"Səbail"lə may ayınadək müqaviləm var. Hal-hazırda əvəzedici komandamızla təlim-məşq toplanışındayam. Buna səbəb rəhbərlikdən maaşımı artırmağı istəmək deyil. Bunu ümumiyyətlə, istəməmişəm". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in futbolçusu Vüqar Bəybalayev bildirib.

 

"Dənizçilər" qış hazırlığını Antalyada təlim-məşq toplanışıyla davam etdirsələr də, Vüqar hazırda onun sıralarında deyil. 27 yaşlı yarımmüdafiəçi əvəzedici heyətə göndərilməsinə belə aydınlıq gətirib: "Bəzi saytlar yazıb ki, Vüqar rəhbərlikdən maaşının artırılmasını tələb edib və bu, onlarda qıcıq yaratdığı üvün əvəzedici heyətə göndərilmişəm. Bu, tamamən yalan bir şeydi, belə söhbət yoxdu. Azərbaycanda klubla mayadək müqavilən varsa, necə rəhbərlikdən maaşının artırılmasını tələb edə bilərsən? Bu, nə dərəcədə realdı? Mənə əksinə, maaşımın azaldılması təklif olundu. Bu isə az miqdarda deyildi. Mən də buna razılaşmadım və əvəzedici heyətə göndərildim. Rəhbərlik və məşqçilər korpusunun fikrinə hörmətlə yanaşaraq indi əvəzedicilərdə hazırlıq keçirəm. Müqaviləm cari mövsümün axırınadəkdi, bundan sonra Allah kərimdi. Burda məşqlər heç də əsas komandadan zəif deyil. Gündə 3 dəfə məşq edirəm. Şükür, hər şey qaydasındadı, komandamız da qış fasiləsində lider kimi yollanıb". 

 

Maraqlıdı, klub rəhbərliyi Vüqara nəyə əsaslanaraq maaşının azaldıması təklif edib? Futbolçunu dinləyək: "Bu, rəhbərlik və məşqçilər korpusuyla aramda olan söhbətdi. Dedilər ki, pulunu azaldaq, mən də razılaşmadım. Müqaviləm mayadəkdirsə, niyə yarıda razılaşmalıyam ki, pulum aşağı düşsün? Ancaq fikirlərinə hörmətlə yanaşıram ki, əvəzedici komandaya getmişəm".

 

Vüqar bildirib ki, çoxları I Diviziona bataqlıq kimi baxsa da, bu, belə deyil: "Səbail"in ikinci komandası hazırda çox yaxşı vəziyyətdədi. Gəlib izləyənlər də bunun həqiqət olduğunu görəcəklər. Özüm də bu qərarı çəkinmədən ona görə seçdim ki, futbolçu kimi geri düşəcəyimə, fiziki durumumun geriləyəcəyinə inanmıram. Əvəzedici heyətin baş məşqçisi Mirbağır İsayev də mənə şans verdiyi halda canla-başla komandaya kömək etməyə hazıram. O, əsas komandadakı həmkarı Aftandil Hacıyevə məni geri qaytarmaqla bağlı müraciət edəcəksə, buna müsbət alacaqsa, yenə gedib canla-başla köməyimi edəcəm. Necə ki keçən mövsüm 3-cü yeri tutanda bunu etdim, bu mövsüm də əlimdən, ayağımdan gələni etmişəm, Bununla bağlı məndə heç bir problem yoxdu. Aftandil müəllimə də hörmətim böyükdü, bunu özünə də demişəm".

 

Bəybalayev başqa kluba keçə bilməməsinin səbəbini də göstərib: "Açığı, danışıq apardığım komandalar olurdu. Ancaq özünüz də başa düşürsünüz ki, qışda bizim ölkədə komanda tapmaq çətindi. Buna görə fikirlərimi uzatmadan deyirəm ki, sadəcə, alınmadı. "Səbail" onsuz da mənə bidirmişdi ki, getmək istəsən, müqaviləyə xitam verməklə bağlı problem yoxdu. Sadəcə, danışıq apardığım komandalarla razılaşa bilmədiyimə görə sonluq belə alındı". 

 

Xatrladaq ki, Vüqar "Səbail"ə 2018-ci ilin yayında "Sumqayıt"dan keçib.

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV 

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB