TOP 10

“Neftçi”dən Monroz və Dario ilə bağlı rəsmi açıqlama

Futbol
Tarix: 2020-01-14 15:33

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir. Sport24.az xəbər verir ki, paytaxt klubu Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində məskunlaşdığı “The Sense De Luxe” otelinin stadionunda bu gün növbəti məşqə çıxıb. 


Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetiriblər. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.


Qeyd edək ki, təlim-məşq toplanışında komandanın iki aparıcı üzvü – Stiven Jozef-Monroz və Dario Frederiko iştirak etmirlər. Monroz sənəd probleminə görə hələ ki, düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda – “Neftçi-2”nin heyətində davam etdirir.


Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” Bakı vaxtı ilə sabah saat 17:00-da Polşanın “LKS Lodz” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” yanvarın 20-də Ukraynanın “Dinamo” (Kiyev), 24-də isə “Desna” klubu ilə də üz-üzə gələcək.

CBCsport
07 Iyul 2020
06 Iyul 2020
B.eÇ.aÇC.aCŞB