TOP 10

Petrovdan "Neftçi"yə təşəkkür mesajı: "Əlvida yox, gələn görüşədək deyərdim"

Futbol
Tarix: 2020-01-14 13:14

"Uşaqlar, bu 3 ilə görə sağ olun. Hamıya bötük təşəkkürümü bildirirəm ki, kim bu 3 il ərzində mənə kömək edib və dəstək göstərib". Sport24.az xəbər verir ki. bu sözləri "Neftçi"ylə yollarını ayıran ukraynalı futbolçu Kiril Petrov şəxsi "İnstagram" hesabında yazıb. 

 

2017-ci ildən çıxış etdiyi klubla müqaviləsini qarşılıqlı razılıqla pozan 30 yaşlı müdafiəçi azarkeşlərə də minnətdarlıq edib: "Azarkeşlər haqda da deməyə bilmərəm. Sizə dəstəyə görə "çox sağ ol" deyirəm. Arzu edirəm ki, "Forza Neftçi" hər il inkişaf etsin. Sizlərdən haqqqımda xoş sözlərdən ibarət olan mesajları oxumaq çox xoşdu. Şadam ki, sizlərdə özüm haqda xoş təəssürat oyatdım. Ümumilikdə çox şey yazmaq olar. Əlvida yox. növbəti görüşədək deyərdim. Hamınızı bağrıma basıram".

 

Xatırladaq ki. Kiril karyerasını Vətənində Premyer Liqa təmsilçisi "Kolos"da davam etdirəcək. 

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB