TOP 10

"Sumqayıt" Antalyada məğlubiyyətlə başladı - 7 qol oldu

Futbol
Tarix: 2020-01-14 17:50

Bu gün "Sumqayıt" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında ilk yoxlama matçını keçirib. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun komandası Macarıstanın yüksək liqaısnda son pillənin sahibi "Kaposvar"la görüşüb. 

 

"Miracle" otelinin stadionunda baş tutam matç məhsuldar alınıb. Brlə ki, oyunda 7 qol qeydə alınıb. "Sumqayıt" hesabı açan tərəf olsa da, 32-ci dəqiqədə üstünlüyünü əldən verib. Rəqib fasilədən az sonra - 49-cu və 51-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb. "Sumqayt" ikinci hissənin ortasında 8 dəqiqəyə 2 qol vuraraq tarazlığı bərpa etsə də, sona 1 dəqiqə qalmış qapısnda top görərək yenilib. 
 

Maraqlıdı ki, bu gün Antalyada yoxlama matçı keçirən digər klubumuz da macarları sınağa çəkir. Bu, həmin ölkənin ən tanınmış klublarından olan MTK-la qarşılaşacaq "Qəbələ"di. 

 

Qeyd edək ki, Ayxan Abbasovun komandası ikinci sınaq matçını yanvarın 17-də Rumıniyanın "Politexnika İaşi" klubuyla keçirəcək. 

 

Yoxlama matçı

14 yanvar

16:00. "Sumqayıt" - "Kaposvar" (Macarıstan) - 3:4 

Qollar: M.Şərifi, 14-pen, X.Nəcəfov, 68, A.Yunanov, 76

 

"Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev, 46. Aleksey İsayev, 70. Mehti Şərifi, 90. Rəhim Sadıxov
 

İkinci hissədə meydana çıxan heyət: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 14. Elvin Bədəlov, 22. Sərtan Taşkın, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov (8. Peyman Babayi, 70), 88. Cavid Quliyev, 97. Xəyal Nəcəfov, 9. Amil Yunanov.
 

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB