TOP 10

Təbrizli yeni transfer "Qarabağ"la mübarizədə çempionluq yolunu göstərdi: "Hansı azərbaycanlı "Neftçi"ni tanımaya bilər!?"

Futbol
Tarix: 2020-01-14 11:56

İranlı futbolçu Saman Nəriman Cahan bu yaxında "Neftçi" ilə müqavilə imzalayıb. Hücumameylli yarımmüdafiəçi Sport24.az-ın Antaıyaya ezam olunmuş əməkdaşına açıqlamasında yeni komandasına keçidi, ambisiyaları və çempion iddiaları haqqında danışıb. 

 

Samanla söhbətə Azərbaycan dili biliklərini aydınlaşdırmaqla başladıq: “Azərbaycanca 90 faiz başa düşürəm. Yalnız bəzi nüanslarda zəif bilə bilərəm. Təbrizli bir azərbaycanlıyam".

 

Cahan ardından "Neftçi" yə keçidi və ilk təəssüratları barədə danışıb: "İlk günlərdən hər şey əla alınır. Həm funksionerlər, həm inzibati heyət, həm də yeni komanda yoldaşları məni çox isti qarşıladılar. Bu komandanı sevməmək mümkün deyil. Kollektiv sadəcə möhtəşəmdir, buraya gəldiyim üçün xoşbəxtəm. "Neftçi" yə necə gəldim? Bir yaxşı dostum "Neftçi" ilə danışdığını, iştirakımla matçların videoyazılarını göndərdiyini və cavab gözlədiyini dedi. Bir müddət keçdi və dedi ki, klub məni bəyəndi. Bundan sonra "Neftçi" haqqında məlumat topladım. Əlbətdə, ümumilikdə bu klub haqqında çoxdan bilirdim. Hansı azərbaycanlı "Neftçi"ni tanımaya bilər!? Axı, bu, Azərbaycanın xalq komandasıdı. Sumqayıtda çıxış edən həmvətənlərimdən - Peyman Babayi və Mehti Şərifidən məlumat topladım. Və onlar da təsdiqlədilər ki,"Neftçi"nin Azərbaycan futbolunun flaqmanıdı. Bu kluba dəvət aldığım üçün xoşbəxtəm. "Neftçi"yə Azərbaycan çempionu olmaq üçün gəldim".

 

29 yaşlı futbolçu Premyer Liqamızda mübarizəyə də toxunub: "Əlbəttə ki, bura gəlməmişdən əvvəl turnir cədvəlində vəziyyətə baxdım və "Qarabağ"dan 6 xal geridə olduğumuzu öyrəndim. Bu fəlakət deyil, çünki hələ 14 qarşılaşma var və bu, kiçik xal fərqidi. Bundan əlavə, "Qarabağ"la iki şəxsi görüşümüz var. Qələbə qazansaq, ağdamlılarla xalları bərabərləşdirəcəyik. Sadəcə, birləşməliyik və onda çempion ola bilərik. Hər görüşə həlledici kimi getmək lazımdı. Bax, bunda qarşıya qoyduğumuz vəzifəyə nail ola biləcəyik".

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB