TOP 10

"Qəbələ" macarlara darmadağın oldu

Futbol
Tarix: 2020-01-14 18:45

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Macarıstanın MTK klubu ilə qarşılaşıb.

 

Budapeşt təmsilçisi ilə görüş “Karvansaray” otelinin meydançalarında baş tutan qarşılaşma əyalət təmsilçimizin böyük hesablı məğlubiyyəti ilə nəticələnib. Halbuki, ilk hissə qolsuz bərabərliklə nəticələnib. Rəqib ikinci hissədə 17 dəqiqəyə (52, 61 və 69-cu dəqiqələrdə) qapımıza yol tapıb. 

 

Komandalar ötən qışda da Antalyada yoxlama oyununda üz-üzə gəlib. Həmin matçda “qırmızı-qaralar” 3:2 hesablı qələbə qazanıblar. “Qəbələ”nin qollarına  artqı heyətində olmayan Cavid Hüseynov, Lalavele Atakora və Sabien Lilay imza atıb. Rəqiblər UEFA Avropa Liqasının 2016/17 mövsümündə II təsnifat mərhələsində də qarşılaşıb. Hər iki görüşdə qalib gələn “qırmızı-qaralar” mərhələ adlayıb - 2:1, 2:0.

 

Xatırladaq ki, “Qəbələ” Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq. Təmsilçimiz növbəti görüşünü yanvarın 18-də Rusiyanın I liqa təmsilçisi “Çayka”yla keçirəcək. 

 

 

Yoxlama matçı

14 yanvar

17:00. "Qəbələ" - MTK (Macarıstan) - 0:3 

"Qəbələ": 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 3. İvitsa Juniç, 8. Qismət Alıyev, 2. Amin Seydiyev, 11. Asif Məmmədov (k), 77. Merab Qiqauri, 7. Roman Hüseynov (21. Fernan Lopez, 33), 19. Rövlan Muradov, 17. Yaovi Akakpo, 9. Ehtiram Şahverdiyev

 

Təmsilçimiz start heyətində məcburi dəyişiklik etməli olub. Belə ki, Faiq Hacıyev oyunöncəsi isinmə hərəkətlərində zədələndiyi üçün Amin Seydiyev onun əvəzinə ilk dəqiqələrdən mübarizəyə başlayacaq. 

 

CBCsport
19 Fevral 2020
18 Fevral 2020
B.eÇ.aÇC.aCŞB