TOP 10

Qriqorçuku millimizin məyus etdiyi baş məşqçiylə əvəzlədilər

Futbol
Tarix: 2020-01-14 10:56

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukla müqaviləsini pozaraq yollarını ayıran "Astaan" yeni çalışdırıcısını açıqlayıb. Sport24.az xəbər verir ki, bu, gözlənildiyi kimi, Qazaxıstan millisinin baş məşçqisi Mixal Bilek olub.

 

Təcrübəli çexiyalı mütəxəssis hər iki vəzifədə fəaliyyətini davam etdirəcək. 

 

Bilek düz 1 il öncə qəbul etdiyi Qazaxıstan yığmasıyla AVRO-2020-nin seçmə mərhələsində 10 xal toplayaraq qrupda 5-cu pillə olub. Milli onun rəhbərliy altında yalnız San-Marinonu keçə bilib. Millimiz 2009-cu ildə məhz Bilekin çalışdırdığı Çexiya yığmasına Birləş Ərəb Əmirliklərindəki beynəlxalq turnirdə 2:0 hesabıyla qalib gəlib. 

 

Xatırladaq ki, Qriqorçuk 2019-cu ilin iyununda "Qəbələ"dən "Astana"nın baş məşqçi postuna keçərək bu müddətdə 2 çempionluq əldə edib, habelə ölkə Super Kuboku və Avropa Liqasına vəsiqə qazanıb. 

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB