TOP 10

"Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım zamandan bu ölkədə futbolu yaxından izlədim və çıxış etməyi çox istəyirdim"

Futbol
Tarix: 2020-01-14 09:44

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ-ın II Liqa təmsilçisi "Feniks Rizinq"ə keçidi haqda danışıb. Sport24.az xəbər verir ki, 29 yaşlı hücumçu bu ölkəyə əvvəl millimizlə etdiyi səfəri xatırlayıb: "Bu klubda oynamaq mənim üçün xəyal idi və bu reallaşır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri ölkədə futbolu yaxından izlədim və çox böyük inkişaf gördüm. Burada çıxış etməyi çox istəyirdim".

 

29 yaşlı hücumçunun sözlərinə görə, komandanın baş məşqçisi Rick Schantzla danışdıqdan sonra bu komandada oynamağa qərar verib: "Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək və komandanın oyun qazanmasına kömək etməyi səbrsizliklə gözləyirəm".

 

Qeyd edək ki, Rüfət "Feniks Rizinq"ə Almaniyanın III Bundesliqa təmsilçisi "Pröyssen"dən keçib.

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB