TOP 10

PSJ-də yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-01-14 11:11

Fransa çempionu PSJ müdafiəçisi Markinyosla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Yeni müqaviləyə əsasən, 25 yaşlı braziliyalı futbolçu 2024-cü ilin iyun ayının 30-na kimi Liqa 1 nəhənginin uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki müqavilənin müddəti isə 2022-ci ilin yayına qədər idi.


Markinyos bu mövsüm PSJ-də 25 oyuna çıxıb, 1 qola imza atıb. Onun komandası isə 20 turdan sonra 46 xalla liderdi.


Braziliya millisinin üzvü Paris klubuna 2013-cü ildə “Roma”dan, 31,4 milyon avroya transfer edilmişdi. O, bu komandada indiyə qədər 270 oyuna çıxıb, 20 qola, 7 məhsuldar ötürməyə imza atıb. Markinyos PSJ ilə 5 dəfə Fransa çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.

CBCsport
04 Aprel 2020
03 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL