TOP 10

Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək

Boks
Tarix: 2020-01-14 09:12

Bu gün Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək. Sport24.az xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.
 

Turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar.


Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.


Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.


Qeyd edək ki, komandamız vətənə yanvarın 19-da qayıdacaq.

CBCsport
10 Aprel 2020
09 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL