TOP 10

"Neftçi" xatirə turnirinin qalibi oldu

Futbol
Tarix: 2020-01-13 18:16

"Neftçi"nin U-10 komandası klubun veteran futbolçusu, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirin qalibi olub. Sport24.az xəbər verir ki, “ağ-qaralar” 2010-cu il təvəllüdlü futbolçular arasında keçirilmiş yarışın final matçında “Qarabağ”ı 5:3 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb.
 

İslam Kərimovun baş məşqçisi olduğu komamdada Əli Musazadə het-trikə imza atıb. Digər qolları Yusif Quliyev və Rəşad Şirməmmədli vurublar. Yusif Quliyev 6 qolla turnirin ən məhsuldar futbolçusu olub.

 

Qeyd edək ki, "Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 8 komandanın mübarizə apardığı turnirdə "Neftçi” bunadək "Amasiya” (9:1), ROFM (3:1) və "İrani” (İran, 2:3) komandaları ilə qarşılaşmışdı.

CBCsport
14 Iyul 2020
13 Iyul 2020
B.eÇ.aÇC.aCŞB