TOP 10

Mahir Emrelidən "Fənərbaxça" və "Sevilya" açıqlaması: "Onlar məni hələ mövsümün əvvəlində dəvət etmişdilər"

Futbol
Tarix: 2020-01-13 16:21

"Qarabağ"ın futbolçusu Mahir Emreli "Fənərbaxça"ın onunla maraqlanmasıyla bağlı Türkiyə mətbuatında gedən xəbərə münasibət bildirib. Millimizin də üzvü olan 23 yaşlı hücumçu Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında heç bir rəsmi təklifin olmadığını söyləyib: "Mən də bu haqda heç nə eşitməmişəm. Bəli, Türkiyənin TOP klubuna keçmək istədiyimi gizlətmirəm. Əlbəttə, "Fənərbaxça"da çıxış etmək istərdim. Ancaq hazırkı məqamda belə təklif gəlməyib".

 

"Sevilya"nın ikinci komandasından dəvətə gəlincə, Mahir bu informasiyanı təkzib etməyib: "Bu söhbət hələ mövsümün əvvəlində olmuşdu. Onlar mənə ikinci komandada 3 ay müddətində adaptasiya keçməyi təklif etmişdilər. Sadəcə, avrokuboklar başladı, sonra da elə alındı ki, qrupda "Sevilya"yla düşdük. Məsləhətləşdik və belə qərara gəldik ki, qışadək "Qarabağ"da qalım. Mövsümün sonunadək "Qarabağ"da qalacammı? Dəqiq deyə bilmərəm, yaşayarıq, görərik". 

 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB