TOP 10

"Astana" Qriqorçuku göndərdi - RƏSMİ

Futbol
Tarix: 2020-01-13 16:02

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun "Astana"dakı gələcək taleyinə nəhayət, aydınlıq gəlib. Sport24.az xəbər verir ki, bu haqda məlumat yayan klubun rəsmi saytl rərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiyini açıqlayıb. 

 

Qriqorçuk 2018-ci ilin ortasında Qazaxıstan klubuna getmişdi. Ancaq bir müddətdən sonra ailə vəziyyətinə görə Vətəninə dönən Qriqorçuk ardından yenidən işinin başına keçərək axırıncı mövsüm komandanı çempion etdi. O, "Astana"ya habelə, Qazaxıstan Super Kubokunu və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdı. Klub Roman İosifoviçə göstərdiyi xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

 

Paytaxt təmsilçisi Qriqorçukla birgə köməkçiləri, eyni zamanda həmyerliləri olan Mixail Savka, Anatoli Korotya və qapıçılar üzrə çalışdırıcı Andrey Qluşenkonu da göndərib. Onlar "Qəbələ"də də həmin mütəxəssisin köməkçiləri idilər. 

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB