TOP 10

“Yuventus” türk futbolçunu itirdi

Dünya Futbolu
Tarix: 2020-01-13 13:55

İtaliya çempionu “Yuventus” klubu ciddi itkiylə üzləşib. Sport24.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Merih Demiral sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.


Türkiyəli futbolçu A Seriyasının 19-cu turunun “Roma” ilə matçında (2:1) zədələnib. Qarşılaşmanın 19-cu dəqiqəsində Matteys de Liqtlə əvəzlənən Merihin son vəziyyəti tibbi müayinədən sonra bilinəcək.


Türkiyə milli komandasının da şərəfini qoruyan 21 yaşlı müdafiəçinin bir müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.


Bu mövsüm “Yuventus”la 5 oyuna çıxan Merih, “Roma” ilə matçda komandasının ilk qolunu vurmuşdu.

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB