TOP 10

"Qəbələ"də valideyn iclası - FOTOLAR

Futbol
Tarix: 2020-01-13 16:00

"Qəbələ" Futbol Akademiyasında növbəti valideyn iclası keçirilib. Sport24.az xəbər verir ki, qəbələli valideynlərin iştirakı ilə keçirilən iclası giriş sözü ilə məşqçi Anar Surxayev açdıqdan sonra direktorumuz Halim Fıçıcı bir neçə mövzuda çıxış edərək futbolun və “Qəbələ” Futbol Akademiyasının uşaqlara verəcəyi xeyirlərdən danışıb.

 

Həkim İlkin İslamov və müəllim Namiq Hacızadə idmançının qidalanması, gündəlik rejimi, uşaq psixologiyası haqqında müxtəlif çıxışlar və məsləhətlər verdikdən sonra valideynlərdən problemlər, təkliflər və iradlar dinlənilib. Təqdimatın sonunda lokal vəziyyətə uyğunlaşdırılmış rejim və qidalanma nümunələri hər bir valideynə təqdim edilib.

 

 

Belə iclasların tez-tez keçirilməsinin faydalı olacağını bildirən valideynlər yeməkxanamızda çay süfrəsinə dəvət olunublar. Həftəsonu övladları akademiya yataqxanasında yaşayan valideynlər üçün iclas keçiriləcək.

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB