TOP 10

Gerye "Neftçi"də çıxışından razı deyil, özünü təməli olmayan binayla müqayisə etdi: "Bu cür səylə davam etsək, "Qarabağ"la mübarizədə istədiyimiz məqsədə çatacağıq"

Futbol
Tarix: 2020-01-13 14:13

"Qış tətilini ailəmlə, yaxınlarımla birgə Polşada keçirdim. Haitiyə gedə bilmədim, bu da ölkəmdə baş verən səbəblərə görəydi. Yaxşı istirahət edərək mövsümün ikinci yarısının hazırlığına böyük enerjiylə başlamışam". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Donald Gerye bildirib. 

 

"Qarabağ"da uğurlu çıxışıyla yadda qalan Haiti millisinin üzvü "ağ-qaralar"a keçən yay böyük ümidlərlə transfer olunsa da, hələ də etimadı doğrultmur. Xüsusilə Azərbaycan Kubokunun "Sumqayıt"la 1/4 final matçı Donald üçün uğursuz alındı. Komandası onun səhvindən sonra qol buraxaraq evdə uduzdu, həmin görüşdə əvəzlənən Geryeyə Sumqayıtdakı qarşılaşmada isə ümumiyyətlə. şans verilmədi. Legioner də cari mövsümdə öz çıxışından razı qalmayaraq, zəif oyununun səbəblərindən danışıb: "Ümumi götürsək, deməzdim ki, mövsümün ilk yarısını yaxşı keçirdim. Haitidən bura gələndə, "Neftçi"yə transfer olunanda demək olar təlim-məşq toplanışı keçməmişdim. Təlim-məşq toplanışı deyəndə, o, anlam gəlir ki, elə bil bina tikirsən, təməlini qoyursan. Toplanış fundament deməkdi, bunu qoymasan, heç vaxt möhkəm bina tikə bilməzsən, aşar. Həmin şey də mənimlə baş verdi. Təlim-məşq toplanışı keçmədiyimə görə mövsümün ilk yarısını ürəyim istədiyim səviyyədə keçirə blmədim. Bəzi oyunlar oldu ki, yaxşı təsir bağışladım, bəzi qarşılaşmalarda isə səviyyəmdən aşağı çıxış etdim. Bu da vurğuladığım səbəbə görə idi.  Amma inşallah, qarşıdakı yarım ili yüksək səviyyədə keçirməyə çalışacam".

 

Donald həmin təməli hazırda Antalyada keçdikləri təlim-məşq toplanışıyla qoymaq imkanına malikdi. Eləsə o, "Neftçi" azarkeşlərinə söz verə bilərmi ki, həminki güclü Geryeni görə biləcəklər? Futbolçunu dinləyək: "Əlbəttə, mövsümün ikinci yarısını yaxşı notda, uğurlu nəticəylə bitirmək istəyirik. Bunun üçün də durmadan, dayanmadan öz üzərimizdə işləmək lazımdı. Necə ki bir müddətdi səylə çalışırıq. Bu cür davam etsək, istədyimiz məqsədlərə çatacağıq".

 

"Neftçi"nin istədiyi məqsəd isə yalnız çempionluqdu. 31 yaşlı Gerye keçmiş komandasıyla qızıl medallar uğrunda mübarizədə şanslarını az saymır. Hərçənd, "Qarabağ" prinsipial rəqibindən 6 xal irəlidədi: "Qarşıda hələ 2 dövrə var, "Qarabağ"la da 2 şəxsi matçımız qalıb. Əlbəttə, bu xal fərqini aradan qaldıra bilərik. Yaxşı işləməklə həyatda hər şeyə nail olmaq mümkündü".

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB