TOP 10

"40+ Liqa"nın ilk pionerləri - "Pioner Arena" - FOTOLAR

Futbol
Tarix: 2020-01-13 12:00

"40+ Liqa"da ilk mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, Böyükşorda "Azfar Arena"da keçirilən final matçında "Pioner Arena"yla "Old Stars" görüşüb. 

 

Yarımfinalda favorit "Veteranlar"ı məğlub edən "köhnə ulduzlar"ın bu dəfə sensasiyaya gücü çatmayıb. Futzalçılardan ibarət yığma inamlı qələbə qazanıb - 7:2. Qalib komandadan Müslüm Hüseyov dubla imza atıb, Zeynal Zeynalov, Ağatahir Əzimov, Nəsimi Nuriyev, Məmmədqulu Zeynalov, Rüfət Hüseynov hərəyə 1 dəfə fərlqənib. "Old Starts"dan Yaşar Qasımovla Vüqar Hüseynov qol müəllifləri olublar. 

 

Final görüşündən sonra mükafatlandırılma mərasimi keçirilib. Mükafatları AFFA Məşqçilər Komitəsinin sədri, eyni zamanda İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev təqdim ediblər. Əvvəlcə fərdi nominasiyalarda mükafatlar sahiblərinə çatıb. Belə ki, Tahir Əliyev ("Baktelekom") turnirin ən intizamlı oyunçusuna, Mahmud Qurbanov ("Veteranlar") ən yaxşı oyunçusuna, Ağatahir Əzimov ("Pioner Arena") bombardirinə (46 qol) nəzərdə tutulan diplomla təltif olunub. 

 

Ardından ilk yeri 3 tutan komandalardan kapitanlara diplomlar təqdim olunub. 3-cü yeri tutan "Keşlə"dən İlqar Hüseynov, 2-ci pillənin sahibi "Old Starts"dan Fuad Daşdəmirov və çempion "Pioner Arena"dan Məmmədqulu Zeynalov mükafatlarına qovuşub. Qalib komandaya eyni zamanda çempionluq kuboku təqdim olunub. 

 

Xatırladaq ki, ötən ilin sentyabrın 15-də start götürən turnirdə 8 komanda, o cümlədən "Sport24.az" iştirak edirdi. Saytımızın komandası 6-cı yeri tutaraq pley-offdan kənarda qaldı. 

 

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL