TOP 10

İspaniya superkubokunun qalibi bəlli oldu

Dünya Futbolu
Tarix: 2020-01-13 09:01

Futbol üzrə İspaniya superkubokunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici oyunda Madridin iki təmsilçisi - “Real”la “Atletiko” üz-üzə gəlib.


Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşmanın əsas vaxtında qapılara qol vurulub. Əlavə vaxtda da hesab dəyişməyincə, penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Real” İspaniya superkubokunun qalibi olub – 4:1.


“Real” tarixində 11-ci dəfə superkubokun qalibi adını qazanıb. Bu baxımdan rekord “Barselona”ya məxsusdu – 13 dəfə.

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB