TOP 10

“Qarabağ” Antalyada ilk məşqə, legioneri sıradan çıxdı

Futbol
Tarix: 2020-01-12 23:00

Bu gün səhər saatlarında qış təlim-məşq toplanışının ikinci yarısı üçün Bakı - Antalya reysiylə Türkiyəyə yollanan “Qarabağ” qonşu ölkədə ilk məşqə çıxıb. Sport24.az xəbər verir ki, futbolçular yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) hazırlığa start verib.
 

Fiziki hazırlıq və toplu çalışmalardan ibarət olan məşq təxminən 45 dəqiqə davam edib. Dünənki məşqdə zədələnən Dani Kintana hazırlıq prosesində yer almayıb.


“Qarabağ” sabah iki məşqlə təlim-məşq toplanışını davam etdirəcək.

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB