TOP 10

"Milan" "Qarabağ"dan gedən legioneri transfer edir

Futbol
Tarix: 2020-01-12 13:44

"Qarabağ"la icarə müqaviləsi bitərək yollarını ayıran bosniyalı qapıçı Asmir Beqoviçin karyerasını yeni ölkədə davam etdirmək variantı yaranıb. Sport24.az xəbər verir ki, 33 yaşlı qolkiperlə məşhur "Milan" maraqlanır.

 

İtaliya nəhəngi Asmiri "Aston Villa"ya keçmək üzrə olan İspaniya yığmasının sabiq qapıçısı Pepe Reynanın yerinə transfer etmək istəyir. Milanlıların Asmirin müqaviləylə məxsus olduğu İngitərə Premyer Liqa təmsilçisi "Bornmut"la danışıqlar müsbət nəticələndiyi, futbolçunun artıq bu gün tibbi müayinədən keçərək müqavilə bağlayacağı bildirilir.

 

Xatırladaq ki, Beqoviç indiyədək İtaliyada çıxış etməyib. O, İngiltərə və Azərbaycanla yanaşı, Belçikada legioner həyatı yaşayıb. 

CBCsport
03 Iyul 2020
02 Iyul 2020
B.eÇ.aÇC.aCŞB