TOP 10

Sopiç gələcək üçün nikbindi: "Gənc futbolçularımıza görə sevinirəm"

Futbol
Tarix: 2020-01-12 11:50

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “Pakş” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis komandasının 0:2 hesabıyla məğlub olduğu oyundan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: 


"İlk 60 dəqiqədə sərgilədiyimiz oyundan məmnun qaldım. Bu gün bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldı. “Pakş” ilə oyunda çempionatdakı gənc futbolçu limitinə uyğun 10 futbolçu ilə oynadıq. Gənc futbolçularla Macarıstanın yüksək liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə çox yaxşı iştirak etmişdilər və şans qazanmağa layiq idilər. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm".

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB