TOP 10

Ramil Şeydayev heç kimi günahlandırmaq istəmir: "Mənə verilən şansdan istifadə edə bilmədim"

Futbol
Tarix: 2020-01-12 10:57

"Dinamo"dan ayrılmağımın xüsusi səbəbi yoxdur. Sadəcə ola bilsin, özümü yaxşı tərəfdən göstərə bilmədim. Həmişə hər şey futbolçunun özündən asılıdır, bir az da baş məşqçidən. Mənə verilən şansdan istifadə edə bilmədim. Heç kimi günahlandırmaq istəmirəm". Sport24.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev "CBC Sport"a "Dinamo"dan (Moskva) ayrılması haqda danışarkən deyib.

 

24 yaşlı hücumçu karyerasının harada davam etdirəcəyi ilə bağlı isə bunları bildirib: "Krılya Sovetov"la qayıtmağımla bağlı məsələ hələ dəqiq deyil. Azərbaycana dönmək variantı da ola bilər. Amma klubdan təzə ayrıldığımdan hələ heç bir klubla danışıqlar olmayıb".

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB