TOP 10

"Zirə" daha bir legionerlə razılığa gəldi

Futbol
Tarix: 2020-01-12 12:16

"Zirə" daha bir legionerlə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu, qış fasiləsində transferə çıxarılan yunan müdafiəçi Anastasios Papazoğludu.

 

O da haitili yarımmüdafiəçi Soni Norde kimi özünə yeni klub tapmalı olduğundan, müqaviləsinin qarşılıqlı razılıqla xitam verilməsi üçün bir müddət gözləməli oldu. "Zirə" Anastasiosu göndərdiyini yaxında rəsmən açıqlayacaq. 

 

Onu da bildirək ki, komandanın baş məşqçisi Zaur Həşimov yerli futbolçular - müdafiəçi Bəxtiyar Həsənalızadəylə yarımmüdafiəçi Elvin Məmmədovun da xidmətində maraqlı olmayaraq onlara yeni klub tapmağı tövsiyə etmiş, formalarını itirməmək üçün əvəzedici heyətə göndərmişdi. 

 

 

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB