TOP 10

Nəbiyevdən uğurlu debüt - 32 dəqiqə meydanda oldu, het-trikə imza atdı

Futbol
Tarix: 2020-01-12 11:11

Azərbaycanın U-21 yığmasının futbolçusu Fərid Nəbiyev yeni klubunda debüt edib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi keçdiyi Çexiyanın II liqa təmsilçisi "Viktoriya Jijkov"un heyətində “Budeyoviçe” ilə yoxlama matçında iştirak edib. 

 

Fərid komandasının 7:1 hesabı ilə qalib gəldiyi yoxlama görüşündə 32 dəqiqə meydanda olub və het-trikə imza atıb.

 

Nəbiyev “Slaviya”da 2018-ci ildən çıxış edirdi. O, Praqa təmsilçisinin əvəzedici komandasının üzvü idi və müqaviləsini pozaraq Jijkov klubuyla 2,5 illik müqaviləyə imza atıb. 

 

Qeyd edək ki, “Viktoriya Jijkov" II liqada 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.

CBCsport
03 Iyul 2020
02 Iyul 2020
B.eÇ.aÇC.aCŞB