TOP 10

Daha 4 klubumuz Antalyaya getdi - 3-ü bir təyyarədə

Futbol
Tarix: 2020-01-12 10:36

Premyer Liqa təmsilçilərimizdən daha 4-ü Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb. Sport24.az xəbər verir ki, 3 klub - "Qarabağ", "Sumqayıt" və "Qəbələ" bu səhər birgə - 07:55-də Bakı-Antalya hava reysilə qardaş ölkəyə yollanıb. 

 

"Keşlə" isə keçən gecə Türkiyəyə üz tutub. "Səbail"in də Antalyaya toplanışa yollanmasıyla bütün 8 klub Azərbaycanı bir müddət tərk edəcək.

 

Xatırladaq ki, ilk yolçuluq yanvarın 8-də birgə səfərə çıxan "Zirə" və "Sabah"la olmuşdu. "Neftçi" isə yanvarın 10-dan 11-nə keçən gecə Antalyaya gedib. Bütün komandaların təlim-məşq toplanışları ikihəftəlik nəzərdə tutulub. 

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB