TOP 10

İstanbulda daha iki qızıl və dörd bürünc medal

Güləş
Tarix: 2020-01-11 21:33

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri davam edir. Sport24.az xəbər verir ki, memorialın ikinci günündə güləşçilərimiz 6 medal qazanıb. 
 

Qadınların mübarizəsində Elis Manolova (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) bürünc medal qazanıb.


Sabah yarışa yekun vurulacaq. Qadın güləşində Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Səbirə Əliyeva (76 kq) mübarizəyə start verəcək. Sərbəst güləşdə bugünkü çıxışlarına əsasən İntiqam Vəlizadə (61 kq), Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) finalda güləşəcək. Toğrul Əsgərov (74 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB