TOP 10

Ayxan Abbasovla addım-addım - finalda "Zirə", komandada Emin Mahmudov

Futbol
Tarix: 2020-01-12 09:00

"Sumqayıt" cari mövsümün ikinci yarısına hazırlığa başlayaraq gündə 2 dəfə məşq olmala çalışır. "Kimyaçılar"ın baş məşqçisi Ayxan Abbasovla geniş söhbətimizə lap əvvəldən başladıq ki, onda komanda heç də yaxşı təsir bağışlamırdı: "Sirr deyil ki, ötən mövsüm bitəndən sonra komandadan xeyli futbolçu getdi. Buna görə xətlər arasında əlaqəni yoluna qoymaq üçün vaxt tələb olunurdu. Bu komandanı yığanda, futbolçuların potensialını görürdük. Bununla yanaşı, anlayırdıq ki, mövsümün əvvəlində bizə çətin olacaq. Etira edirəm ki, futbolçuların tez adaptasiya olunmasına sevinirəm. Gənclərin oyundan oyuna irəlilədiyini görməmək mümkün deyil".

 

"Qarabağ" üzərində qələbədən sonra sumqayıtlı azarkeşlər çempionluq ambisiyaları haqda pıçıldamağa başladılar. Abbasov bu məsələdə daha realdı: "Hətta bu haqda düşünmək belə səhvdi. Bu məqsədlər üçün bizim vaxt lazımdı, işləmək və yenə işləmək gərəkdi. Bizi sevindirir ki, bu gün futbolçularımız adlı-sanlı rəqiblər qarşısında özlərini itirmirlər, onlarla görüşlərdə özlərini sərbəst hiss edirlər. Futbolçuların belə özünəinamı gələcəkdə bizə xeyir verəcək. İstənilən çempionatda mövsümün əvvəlində qızıl medallara əsas namizəd olaraq böyük klubların adları çəkilir. Çempionluq iddialı üçün böyük klub olmaq lazımdı. Hansısa mövsümdə "atəş açmaq" olar, ancaq stabillik üçün böyük klub olmaq lazımdı. İndi artırmaq istəyirik. Stabil olmaq üçün işləyirik. Bir dəfə avrokuboklara vəsiqə qazanmaqla zəif komandaya çevrilən bəzi klubların aqibətinin yaşamağı istəmirik. Əlbəttə, komandanın özəyini saxlamaq istəyiriksə, onda futbolçular bir-birinin arxa dayağını hiss etməlidi. Bu isə məşqçi üçün üstünlükdü. Belə komandalar hər mövsümdə maksimum 3 transfer edir. Bunu həyata keçirə bilsək, 3 ildən sonra yox, artıq növbəti mövsümdə çox ambisiyalı kollektiv yarada bilərik".

 

Abbasovla söhbətdə bəzi futbolçuların çıxışına da toxunduq: "Sərtan Taşkın bizə gələnədək keçən mövsüm çox az oyun praktikası qazanırdı. Onun potensialını görürdük. Sərtanın hələ yeniyetmə vaxtından müxtəlif yaş qruplardan ibarət yığma komandalarda çıxışını izləyirdik. Sərtana böyük ümidlərimiz var. Onda milli komanda səviyyəsində futbolçuyla bağlı bütün imkanlar var. İlk turlarda oyunu getmədi, ancaq səbrlə gözləyərək bilirdik ki, ona vaxt lazımdı. Son matçlar isə bizə ümid verdi ki. səbrli olmaqla səhv etməmişik. Elvin Bədəlovu da qeyd etmək istəyirəm. O, "Sabah"da faktiki olaraq oynamırdı, bizdə isə artıq 10-12 matç keçirib. Bir zaman hətta Nikola Yurçeviç ona maraq göstərməyə başladı. Bu siyahıya Vüqar Mustafayevi də əlavə etmək istəyirəm ki, hansı ki ötən mövsüm "Zirə"də nadir hallarda çıxış edirdi. Amil Yunanovla Mehdi Şərifi də keçmiş komamndalarında az meydana çıxırdılar. Buna görə də onlardan ilk turlarda parlaq oyun gözləmək düzgün olmazdı".

 

39 yaşlı mütəxəssis Əmir Ağayevlə bağlı vəziyyəti fərqli hesab edir: "Onu görən kimi potensialı diqqətimi çəkdi. Ancaq keçən mövsümdə Əmirə zədələr mane olurdu. Buna baxmayaraq, bu futbolçu hücum xəttində oyunu öz üzərinə götürmək bacarığına malikdi. Ağayevdə liderlik bacarığı var, komandanı arxasınca daşıya bilər. Əmirdə zədədən sonra təxminən 2 ay reabilitasiyaya getdi. Buna baxmayaraq, xarakter göstərdi, səylə məşq edirdi və özünü ən yaxşı tərəfdən göstərdi. Əmir təcrübəli futbolçudu, buna rəğmən, yenə artıra bilər".

 

Abbasovla söhbətimizdə Ölkə Kubokuna da toxunduq. O planda ki, turnirin "setka"sı komandası üçün düşərli deyil. Axı, 1/4 finalda "Neftçi"ylə görüşən "Sumqayıt" onu keçərək indi "Qarabağ"a düşüb: "Belə məsələlərə normal yanaşıram. Fakt deyil ki, digər "setka"ya düşsəydik, bizə asan olardı. Hətta 1/4 final mərhələsinə keçməyə bilərdik. Ardıcıl 2 il "Neftçi"ni 1/4 finalda keçmək asan deyil. Onların güclü hücum xətti var, hansı ki ardıcıl iki matçda müdafiəmizi yara bilmədi. Yetirmələrimdə öz güclərinə inam, istək, inadkarlıq məni sevindirir. Yarımfinalda "Qarabağ"la görüşəcəyimizə baxmayaraq, rəqibdən qorxmuruq. Mübarizə aparacağıq".

 

"Sumqayıt" cari mövsümün ilk yarısında son matçını "Neftçi"yə qarşı keçirdi. Bu, Kubokun 1/4 final görüşü idi. "Kimyaçılar"ın baş məşqçisi matçdan sonra mətbuat konfransında bildirdi ki, daha qlobal vəzifələrin həlliylə klub rəhbərliyi məşğul olmalıdı: "Bü sözlərdə hansısa başqa məna axtarmaq lazım deyil. "Sumqayıt"dan dəvət alanda çoxlıarı mənə dedi ki, risk edirəm. Raid Rəfiyevlə görüşdə öz fikirlərimi ortaya qoydum, çox şeyi müzakirə etdik. Açıq bəyan edim ki, ambisiyalı komanda yaratmaq istəyirəm. Bunu üçün komandalarında oynamayanları yox, gələcəkdə milliyə düşə bilən futbolçuları dəvət edək. Komandada legionerlərin olmamasıyla bağlı heç vaxt şikayət etməmişəm. Çünki hansı kluba gəldiyimi bilirdim. Bu 1 ildə bizim klub inkişaf edib. Bu, ilk növbədə infrastruktura aiddi. Rəhbərlik o haqda danışırdı ki, büdcəyə uyğun olaraq müəyyən addımlar atılacaq. Allaha şükür ki, bütün bu inkişafı gördük. Bu gün artıq çox futbolçu "Sumqayıt"a düşməyə çalışır. Buna baxmayaraq, bundan sonra inkişaf etməkdə davam etməliyik. Aparıcı komandalarla rəqabət aparmaq istəyiriksə, müvafiq addımlar atmalıyıq. Mövsümün ilk yarısında maksimuma çatdıq. "Sumqayıt"dan heç kim belə nəticələr gözləmirdi. Qış transfer dövründə böyük dəyişiklik planlaşdırmırıq. Əsas məqsəd heyəti saxlamaqdı. Transfer xatirinə transfer olmayacaq. Gənc futbolçuların yolunu kəsmək istəmirik. Klub inkişaf etməlidi"

 

Maraqlıdı, gənc mütəxəssis mövsümün ikinci yarısından nə gözləyir? Cavaba əsasən istək ən böyük iddialarla bağlıdı: "Əlbəttə. keçən mövsümün tarixi nəticəsini təkrarlamaq istəyirik - ölkə Kubokunun finalına çıxmaq. Gözəl başa düşürük ki, qış fasiləsindən sonra çətin olacaq. İlk 2 turda evdə "Neftçi"ylə, sonra səfərdə "Zirə"ylə görüşəcəyik. Bu matçlardan sonra 3-cü pilləyə qalxa da bilərik, 6-cı yerə düşə də. Fikrimcə, mübarizə son turadək davam edəcək. Söhbət çempionluq yox, avrokuboklara yerlər uğrunda mübarizədən gedir. Hansı komanda funksional və psixoloji cəhətdən hazır olacaqsa, o da uğur qazanacaq. Yarımfinalda elə "Qarabağ"la oynamaq istəyirdim. Niyə? Çünki Kuboku qazansa, onda çempionatda 4-cü pillənin sahibi Avropa Liqasına vəsiqə qazanacaq. Üstəlik, ağdamlılarla oynamaq çox maraqlıdı. Bir məqam da odur ki, Qurban Qurbanovun komandasına uduzsaq belə heç kimi bizi qınamayacaq. Hərçənd, onu gözəl başa düşürük ki, ağdamlılar qış fasiləsində əhəmiyyətli güclənir. Finala çıxsaq, "Zirə"ylə görüşmək istəyirəm. Səbəbini soruşmayın".

 

Müsahibəmizin sonunda Abbasovdan hansı yerli futbolçuları sərəncamında görmək istədiyini soruşduq. O. bir az düşünəndən sonra seçimini etdi: "Əlbəttə, belə futbolçular praktiki olaraq bütün komandalarımızda var. Sərəncamımda Emin Mahmudovu görməyi çox istəyərdim".

 

 

 

 

CEYHUN ƏLİYEV

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB