TOP 10

Daha 2 futbolçu "Neftçi"dən gedir - biriylə müqavilə pozulur, digəri icarəyə verilir

Futbol
Tarix: 2020-01-11 14:00

"Neftçi" iki futbolçusuyla bağlı qərar verib. Sport24.az xəbər verir ki, cari mövsümün ikinci yarısında komandada 2 legioner - ukraynalı müdafiəçi Kiril Petrovla braziliyalı yarımmüdafiəçi Dario Federiko olmayacaq. 

 

Petrov hələ qış fasiləsinədək Vətəninə şəxsi məsələləriylə əlaqədar yollanıb. 33 yaşlı mərkəz müdafiəçisi bütün problemlərini həll edə bilməyib və buna görə də klub rəhbərliyindən bu ilin mayın sonunadək olan müqaviləsini pozmağı xahiş edib. Premyer Liqamızın son gümüş medalçısı bunun reallaşmasını bugünlərdə elan edəcək.

 

Braziliyalı futbolçuyla bağlı vəziyyət isə fərqlidi. Darioda nizam-intizamla bağlı elə də yaxşı deyil. Legionerə çoxsaylı xəbərdarlıq heç bir fayda vermədi. Klub rəhbərliyi Federikonu Antalyaya aparmamağı qərara alıb. 29 yaşlı vinger Bakıda qalaraq "Neftçi"nin əvəzedici heyətinə qatılacaq. Ancaq bu, uzun müddət çəkməyəcək. Çünki "sambaçı" xarici klublarından birinə bu ilin mayın sonunadək icarəyə veriləcək. Darionun "Neftçi"ylə müqaviləsi isə 2021-ci ilin iyununadəkdi. 

 

Xatırladaq ki, "Neftçi" qış fasiləsində hücumçu Rauf Əliyevlə müqaviləsinə xitam verdi. 

 

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL