TOP 10

"Neftçi"dən ilk legioner transferi

Futbol
Tarix: 2020-01-10 20:35

"Neftçi" qış fasiləsində ilk legioner transferi edib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Təbrizin "Maşinsazi" klubunun hücumameylli yarımmüdafiəçisi Saman Nəriman Cahanı heyətinə qatıb. 

 

29 yaşlı vingerlə ilyarımlıq müqavilə imzalanıb. 

 

İndiyədək karyerası İrana bağlı olan Saman ilk addımlarını Tehranın "Naft" klubunda atıb. O, "Persepolis", "Traktorsazi" kimi tanınmış klublarda da forma geyinib, İranın U-23 yığmasında çıxış edərək 6 matçda 1 qola imza atıb. Futbolçunun həmyerliləri olan Peyman Babayi və Mehdi Şərifinin keçən ildən ölkəmizdə çıxış edərək "Sumqayıt"da forma geyinirlər.  

 

Xatırladaq ki, "Neftçi" qış fasiləsində hücum xəttində dəyişiklik edərək Rauf Əliyevlə müqaviləsini pozub, "Səbail"ə mövsümün sonunadək icarəyə verdiyi Mirabdulla Abbasovu qaytarıb. 

CBCsport
03 Iyul 2020
02 Iyul 2020
B.eÇ.aÇC.aCŞB