TOP 10

“Qəbələ” çempionu 4 cavabsız qolla məğlub etdi

Futbol
Tarix: 2020-01-10 16:54

“Qəbələ” mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Sport24.az xəbər verir ki, yanvarın 4-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. 


Gündə bir dəfə məşq edən komanda hazırlığını Bakı Olimpiya Stadionunda keçirir.


“Qəbələ” bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Elmar Baxşıyevin yetirmələri 2020-ci ildəki ilk matçında MOİK-lə görüşüb. Ötən mövsümün qalibi olan 1-ci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutüb. "Qəbələ" bu rəqibini 4 cavabsız qolla məğlub edib.


Yoxlama oyunu
10 yanvar


MOİK - Qəbələ 0:4
Qol: Ülvi İsgəndərli, 27. Fernan Lopes, 65. Klesio Bauk, 86. Rövlan Muradov, 88.
Qırmızı vərəqə: Ülvi İsgəndərli, 38.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB