TOP 10

Ruslar "Qəbələ"ni sevindirənə, "Neftçi"nin təsəlli qələbəsini qeydə alana güvəndi

Futbol
Tarix: 2020-01-09 19:18

Rusiya Futbol İttifaqının Hakimlər Departamentinin yeni rəhbəri bəlli olub. Sport24.az xəbər verir ki, bu vəzifəyə macarıstanlı keşmiş futbol hakimi Viktor Kaşşai gətirilib.

 

Beynəlxalq miqyasda tanınmış hakimlərdən olmuş 45 yaşlı bu sabiq FİFA reefrisi yeni vəzifədə Aleksandr Yeqorovu əvəzləyib. Yeqorov Rusiya çempionatındakı vəziyyəti düzəltmək üçün dekabrın sonuna kimi təyin olunmuşdu. 

 

Həmin vaxtda karyerasını bitirən Kaşşai 2003-cü ildən oyunlara FIFA referisi kimi təyinat alıb. O, Pekin-2008 Yay Olimpiya Oyunlarının, 2011-cü ildə Çempionlar Liqasının (ÇL) finalını və 2016-cı Avropa çempionatının açılış oyununu idarə edib. Macarıstanlı ədalət təmsilçisi 2011-ci ildə FIFA tərəfindən ilin ən yaxşı baş hakimi seçilib.

 

Kaşşai futbolsevərlərimizə də tanış hakimdi. Belə ki, o, 2005/06 mövsümündə ÇL-in II təsnifat mərhələsində "Neftçi"nin Tofiq Bəhramov adına Respublika stadionunda Belçika "Anderlext"ini 1:0 hesabı ilə məğlub etdiyi matçı da idarə edib. Ağasəlim Mircavadovun həmin vaxt baş məşqçisi olduğu komanda səfərdəki ilk matçda 0:5 hesabıyla uduzduğundan, mübarizədən kənarda qaldı. Kaşşasi həmçinin 2016/17 mövsümündə Avropa Liqasının pley-offunda "Qəbələ"nin Sloveniyada "Maribor"a 0:1 hesabı ilə uduzduğu cavab qarşılaşmasında da iş başında olub. Bu nəticə Roman Qriqorçukun komandası ardıcıl 2-ci il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırmışdı. 

 

CBCsport
04 Aprel 2020
03 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL