TOP 10

Millimiz məğlubiyyətlə başladı

Voleybol
Tarix: 2020-01-07 23:51

Bu gün qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start verilib. Sport24.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığma yeganə lisenziyanın sahibini müəyyənləşdirir.

 

Niderlandın Apeldorn şəhərində təşkil olunacaq “Omnisport” Sarayında təşkil olunacaq yarışda Azərbaycan yığması da mübarizə aparır. Belə ki, A qrupunda yer alan Vasif Talıbovun komandası ilk sınağını bu gün verib. Millimizin yeni baş məşqçisi rəsmi debütü ev sahibinə qarşı olub və uğursuz alınıb. Belə ki, voleybolularımız set qazanmadan uduzub. Qrupumuzdakı digər matçda Polşa Bolqarıstanı 3:1 hesabıyla məğlub edib. 

 

Millimiz növbəti görüşünü yanvarın 9-da Bolqarıstanla qarşılaşacaq. 

 

Yanvarın 7-12-də baş tutacaq turnirin B qrupunda Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları çıxış edir. Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

 

Qrup mərhələsi
A qrupu
7 yanvar

22:30. Azərbaycan - Niderland - 0:2 (23:25, 18:25, 22:25)

 

9 yanvar

19:00. Bolqarıstan – Azərbaycan

 

10 yanvar

23:00. Polşa – Azərbaycan

 

Qeyd edək ki, millimizin turnirdəki bütün matçları "CBC Sport"la canlı yayımlanacaq. 

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL