TOP 10

Millimizin Saransk toplanışı davam edir

Güləş
Tarix: 2020-01-07 12:21

Yunan-Roma güləşi üzrə yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, yanvarın 2-dən Saransk şəhərində hazırlıqlara start verən millimiz Mordoviya komandasıyla birgə məşqləri davam etdirir. 
 

Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan toplanış yanvarın 16-dək davam edəcək. 


Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək "Qran-pri" turniri olacaq.

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB