TOP 10

Millimiz toplanışı başa vurdu, Apeldorna yollandı

Voleybol
Tarix: 2020-01-05 13:40

Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Sport24.az xəbər verir ki, ötən il dekabrın 25-də Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb.


Komandamız burada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşa millisi qalib gəlib. Beləliklə, 11 günlük təlim-məşq toplanışına yekun vurulub. 


Millimiz Polşadan öncə Türkiyədə hazırlıq keçib. Voleybolçularımız qonşu ölkədə “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.


Komandamız bu gün Niderlanda yollanacaq.


Qeyd edək ki, Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL