TOP 10

Mirabdulla Abbasov "Səbail"dən getdi - hansı klubda oynayacağı da bəllidi

Futbol
Tarix: 2020-01-04 11:04

"Səbail"dən daha bir futbolçu gedib. Sport24.az xəbər verir ki, bu, Mirabdulla Abbasovdu. 25 yaşlı hücumçu müqaviləylə məxsus olduğu "Neftçi"yə qayıdıb.

 

Keçən ilin iyulunda "Səbail"ə icarəyə verilən Mirbadudlla anlaşmaya əsasən cari mövsümün sonundadək bu komandada çıxş etməli idi. Ancaq Premyer Liqamızın son bürünc medalçısı Abbasovun müqaviləsinin maddi şərtlərini daha təmin etmək gücündə deyil. Buna görə də "Neftçi"yə futbolçunu qaytarmaq xahişiylə müraciət edilib. Tərəflər bu dönüşü bugünlərdə rəsmən açıqlayacaq. 

 

Onu da bildirək ki, Mirbadulla bu mövsüm "Səbail"də 11 matçda 781 dəqiqə meydanda olaraq 3 qol (1-i penaltidən olub) vurub. (Football24.az)

 

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB