TOP 10

Azərbaycan millisi “Fənərbaxça” ilə heç-heçəyə razılaşdı

Voleybol
Tarix: 2019-12-29 23:02

Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib. Sport24.az xəbər verir ki, yığmamız İstanbulda “Fənərbaxça” ilə üz-üzə gəlib.
 

Qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Təmsilçimiz ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23.


Ardınca baş məşqçimiz Vasif Talıbov ehtiyat qüvvəyə də şans verib. Bundan istifadə edən rəqib hesabı bərabərləşdirib – 25:17, 25:23.


Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Beləliklə, yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.


Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq. (Nəzərinizə çatdıraq ki, voleybol idman növündə bərabərlik hesabı olmasa da, yoldaşlıq görüşlərində komandaların razılığı ilə bərabərlik hesabına tez-tez rast gəlinir)

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL