TOP 10

"Qəbələ"nin sabiq legionerinin xanımının ürəyinin bir hissəsi Azərbaycanda qalıb: "Bu ölkədə də futbolu izləmək maraqlı idi"

Futbol
Tarix: 2019-12-29 10:41

"Həyat yoldaşımın oynadığı bütün ölkələrdə olmuşam. Məsələn, Polşada futbol çempionatı gözlənilməzdi. Yeni mövsümdə istənilən komanda birdən turnri cədvəlində yüksəliş edə bilər. Polşada matçlara çoxlu insan gəlir, orda azarkeşlər yerli klubları yaxşı dəstəkləyirlər. Azərbaycanda da futbolu izləmək maraqlı idi". Sport24.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin sabiq legioneri Sergey Zenyonun həyat yoldaşı Svetlana Zenyova bildirib.

 

O, Estoniya millisinin də üzvü olan 30 yaşlı hücumçunun legioner həyatı yaşadığı ölkələrə nəzər salarkən, Azərbaycan Premyer Liqasından da söz salıb: "Orda çempionat yetərincə güclü və sürətlidi. Bilirsiniz, bir ölkəni fərqləndirə bilmərəm, hər yerdə müsbət cəhətlər də var, mənfi də. Bunsuz mümkün deyil. Bir yerdən digərinə köçəndə, istənilən halda, müqayisə edirsən, öyrəşirsən, uyğunlaşırsan. Sergeyin oynadığı hər bir ölkədə ürəyimin bir hissəsi qalıb".

 

Zenyova ərinin avrokuboklarda matçlarını xatırlayarkən də ölkəmizdən yan keçməyib: "Emosiyalara görə ağlasığmaz matçı xatırlayram ki, onda həyat yoldaşım qol vurdu və Avropa Liqasında ilk dəfə "Karpatı"yla qrupa düşdü. Buna Türkiyənin güclü komandası olan "Qalatasaray"ı məğlub etməklə nail oldular. Daha isti xatirələr isə Azərbaycanın "Qəbələ" klubunun heyətində Avropa Liqasında olub. Onda komandanın baş məşqçisi Roman Qriqorçuk idi və ərimin vurduğu qollar iki ardıcıl Avropa Liqasının qrupuna çıxmağa kömək oldu". 

 

Qeyd edək ki, Zenyov son mövsümü Karaqanda "Şaxtyor"unda keçirərək "Astana"nın baş məşqçisi olan Qriqorçuka rəqib olub. 
 

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB