TOP 10

Şeydayevin yeni klubu müəyyənləşdi

Futbol
Tarix: 2019-12-25 19:00

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 23 yaşlı hcüumçu qış transfer dövründə Moskva "Dinamo"sunu Rusiya Premyer Liqasının digər təmsilçisi "Kırla Sovetov"a dəyişəcək. 

 

Ramil əsas heyətində möhkəmlənə bilmədiyi paytaxt klubunda qarşılıqlı razılığa əsasən müqaviləsini vaxtından əvvəl pozaraq sərbəst futbolçu olacaq. 

 

"Krılya Sovetov" Şeydayevə yad komanda deyil. Beə ki, o, Samara klubunda ötən mövsümdə 2 baş məşqçinin rəhbərliyi altında çıxış edib. Ramil bu yay "Dinamo"ya məhz burdan gəlib. Hücumçunu Samara təmsilçisinə Andrey Tixonov gətirib, bundan sonra onu bu postda əvəzləyən çernoqoriyalı mütəxəssis Miodraq Bojoviçin rəhbərliy altında forma geyinib. O, komandanı indi də çalışdırır və bu üzdən Ramilə həmin baş məşqçiylə işlənən çətin olmayacaq. Futbolçumuz köhnə-yeni komandasında ötən çempionatda 18 matçda 4 qol vurub.

 

Qeyd edək ki, "Krılya Sovetov" qış fasiləsinə 18 xalla 16 komanda arasında 15-ci pillədə yollanıb (football24.az).

 

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB