TOP 10

AGF İcra Komitəsinin 34-cü iclası keçirildi

Gimnastika
Tarix: 2019-12-21 17:07

Bakıda Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 34-cü iclası keçirilib. Sport24.az xəbər verir ki, ilin yekunlarına həsr olunmuş iclasda federasiyanın İcra Komitəsinin üzvləri, qurumun nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər. İclasın gündəliyində federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər yer alıb.


Əvvəlcə iclasda 2019-cu ildə Tokioda keçirilmiş batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılıb.


Sonra AGF-nin baş katibi, gimnastika növləri üzrə yığma komandaların baş məşqçiləri, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının illik hesabatları dinlənilib və müzakirə olunaraq qəbul edilib.


İclasın gündəliyində duran əsas məsələlərdən biri isə Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanaraq, milli yarışların proqramlarına uyğunlaşdırılmış AGF-nin Texniki Reqlamentinin müzakirəsi və təsdiq edilməsi olub.


O cümlədən AGF-nin 2020-ci ilin əvvəllərində keçiriləcək ümumi yığıncağının tarixi müəyyən edilib və gündəliyi təsdiqlənib. Komitənin iclasında diqqət mərkəzində dayanan digər vacib məsələ 2020-ci il üzrə planların müzakirəsi olub.

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL