TOP 10

Azərbaycan Kubokunun püşkü atılıb

Futzal
Tarix: 2019-12-16 15:16

Bu gün Bakı İdman Sarayında Azərbaycan Kubokunun 2019/2020-ci il mövsümünün 1/32 final mərhələsinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan tədbirdə Birinci və İkinci liqa komandaları iştirak edib. Püşkə əsasən, 1/32 final mərhələsində bu liqaların komandaları bir-birinə rəqib olub.

 

Məlumat üçün qeyd edək ki, ölkə kubokunun cari mövsümündə ümumilikdə 52 komanda iştirak edəcək. Belə ki, Birinci və İkinci liqaların hər birindən 20, Yüksək Liqadan isə 10 komanda qalib adı uğrunda yarışacaq. Bu ildən təşkil edilən Naxçıvan Futzal Liqasından da iki klub mübarizəyə qoşulacaq. Yüksək Liqa və Naxçıvan təmsilçiləri yarışda 1/16 final mərhələsindən iştirak edəcəklər.

 

 

1/32 final mərhələsinin cütlüklərini diqqətinizə çatdırırıq:

AZZERS – Standard

NTD – AjaxBaku

Baker Tilly - ADBTİA

Təbriz – Forza Neftçi

Zülfüqar – Star kargo

Timsport – Red Line

Atletiko Baku – Metropoliten

Dalğa – Ulduz

Zirvə Bakı-2 – Baku Fans

Advokat – Rayyan MFK

Baker Hughes – AzMİU

Gənclik İK – U-19

Star karqo-2 – Qarabağ Füzuli

Baku Fire-3 – Yasamal İSK-2

Hövsan – Baku Fire-2

Bibi-Heybət – Xızı Yasamal

Bədr Xocalı – Zəngilan

Borçalı – Çinar Cəbrayıl

Altay – Zirvə Bakı

Emin spor – Veqa

 

Bu mərhələnin ilk oyunları gələn il yanvarın 10-da, 11-də və 12-də, cavab görüşləri isə yanvarın 17-də, 18-də və 19-da keçiriləcək. Daha sonra 1/16 final mərhələsinin püşkü atılacaq.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB