TOP 10

Avropa Liqasında 1/16 finalın püşkü: "Qarabağ"ın qrupundan çıxanların rəqibləri kimlər olaraq?

Futbol
Tarix: 2019-12-16 11:00

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkatması keçiriləcək. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə qrup səddini adlayan 24 komanda və Çempionlar Liqasından gələn 8 klubun rəqibləri bəlli olacaq.

 

Bununla da 32 komanda 16 cütlük təşkil edəcək. Türkiyə təmsilçisi “Başakşəhər” də rəqibini tanıyacaq. Qrup qalibi kimi 1/16 finala yüksələn İstanbul klubu səpələnmişlər sırasında yer alıb. "Qarabağ"ın qrupundan çıxan "Sevilya"yla APOEL də pley-offa rəqiblərini biləcəklər. 

 

Qeyd edək ki, 1/16 finalın oyunları 2020-ci il fevralın 20-də və 27-də keçiriləcək.

 

Səpələnmişlər
“Ayaks” (Hollandiya)
“Arsenal” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Benfika” (Portuqaliya)
“Braqa” (Portuqaliya)
“Espanyol” (İspaniya)
“Gent” (Belçika)
“İnter” (İtaliya)
“Başakşəhər” (Türkiyə)
LASK (Avstriya)
“Malmö” (İsveç)
“Mançester Yunayted” (İngiltərə)
“Porto” (Portuqaliya)
“Sevilya” (İspaniya)
“Zalsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)

 

Səpələnməmişlər
APOEL (Kipr)
“Alkmaar” (Hollandiya)
“Bayer” (Almaniya)
“Ayntraxt” (Almaniya)
ÇFR (Rumıniya)
“Brügge” (Belçika)
“Kopenhagen” (Danimarka)
“Xetafe” (İspaniya)
“Lüdoqorets” (Bolqarıstan)
“Olimpiakos” (Yunanıstan)
“Reyncers” (Şotlandiya)
“Roma” (İtaliya)
“Şaxtyor” (Ukrayna)
“Sportinq” (Portuqaliya)
“Volfsburq” (Almaniya)
“Vulverhempton” (İngiltərə)

CBCsport
24 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB